BAKI, 21 dekabr. TELEQRAF

“Mançester Siti”nin futbolçusu Erlinq Holann İngiltərə çempionatında vurduğu qolların sayına görə “Mançester Yunayted”in sabiq oyunçusu Kriştianu Ronaldunu geridə qoyub.

Teleqraf xəbər verir ki, 26 yaşlı hücumçu buna İngiltərə Premyer Liqasının XVII turu çərçivəsində “Vest Hem” üzərində 3:0 hesablı qələbə ilə başa çatan matçda nail olub.

Holann həmin görüşdə “dubl”a imza ataraq Premyer Liqada keçirdiyi 114 oyunda qollarının sayını 104-ə çatdırıb.
Qeyd edək ki, Ronaldu 236 oyuna 103 qol vurmuşdu.