QƏBƏLƏ, 21 dekabr. TELEQRAF
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov 5 ildən sonra Azərbaycan Premyer Liqasında qol vurub.
Teleqraf-ın məlumatına görə, 34 yaşlı müdafiəçi XVI turda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri oyunun 27-ci dəqiqəsində fərqlənib.
“Qarabağ”ın kapitanı sonuncu dəfə Azərbaycan çempionatında 2020-ci il noyabrın 1-də “Keşlə”nin qapısına yol tapmışdı.
Qeyd edək ki, “Qarabağ” hazırda 36 xalla turnir cədvəlinin ilk pilləsində yer alır.