BAKI, 22 dekabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda “Qarabağ”ın rəqibi olacaq İngiltərənin “Liverpul” klubunun futbolçusu Aleksandr İsak bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər.

Teleqraf “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqanın XVII turunda “Tottenhem”lə keçirilən oyunda (2:1) zədələnən isveçli vingerin ayağını sındığı ehtimal olunur.

Bu, təsdiqini tapacağı təqdirdə Aleksandr İsak bir neçə ay forma geyinə bilməyəcək. Daha əvvəl “Liverpul” klubunun tibbi heyəti çarpaz bağların zədələnməsi ehtimalını istisna edib.

Qeyd edək ki, “Liverpul” ötən yay Aleksandr İsakı klub tarixinin rekord məbləği olan 125 milyon funt-sterlinq qarşılığında transfer edib. İngiltərə təmsilçisi UEFA Çempionlar Liqasının VIII turu çərçivəsində yanvarın 28-də “Qarabağ”ı qəbul edəcək.