BAKI, 21 dekabr. TELEQRAF
“Fənərbağça”nın Türkiyə Super Liqasının XVII turunda “Eyüpspor”la matçda zədələnən ulduzu Anderson Taliskanın durumuna aydınlıq gəlib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, MRT müayinəsindən sonra 31 yaşlı braziliyalı futbolçunun sağ bud alt əzələsində gərilmə və qanama aşkarlanıb.
Matçın 66-cı dəqiəsində sıradan çəxaraq Oğuz Aydınla əvəzlənən oyunçunun müalicəsinə başlanılıb. Onun dekabrın 23-də kubokda “Beşiktaş”la keçiriləcək derbide iştirak etməyəcəyi ehtimal edilir.
Qeyd edək ki, “Eyübspor” - “Fənərbağça” matçında 3:0 hesablı qələbə qazanan İstanbul təmsilçisi 39 xalla liderliyə yüksəlib. Taliska matçda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.