BAKI, 21 dekabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XVI turunda “Araz-Naxçıvan” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Fərid Hacıyev idarə etdiyi matçda ilk qolu 54-cü dəqiqədə Patrik Andrade vurub. Görüşün 87-ci dəqiqəsində isə Şarl Boli fərqlənərək üstünlüyü bir qədər də artırıb.
Bu nəticədən sonra Elmar Baxşıyevin çalışdırdığı “qırmızı-qaralar” xallarını 26-ya çatdıraraq qış fasiləsinə 6-cı pillədə yollanıb. Ayxan Abbasovun rəhbərlik etdiyi “şirlər” isə 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Qarabağ” səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Tura dekabrın 22-də “Sumqayıt” – “Sabah” matçı ilə yekun vurulacaq.