BAKI, 22 dekabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, ilin son oyununda “Sumqayıt” “Sabah”ı qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçı baş hakim Tural Qurbanov idarə edəcək.
Qarşılaşmanın start fiti saat 19:30-da eşidiləcək.
“Sumqayıt” 15 oyundan sonra 27 xalla 4-cü, “Sabah” isə 34 xalla ikincidir.
Azərbaycan Premyer Liqası
XVI tur
22 dekabr
19:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.