QƏBƏLƏ, 21 dekabr. TELEQRAF

“Bizim Juninyonu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb”.

Bu sözləri Teleqraf-ın sualına cavab olaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis braziliyalı futbolçu Olavio Juninyonunun komandaya qayıtması üçün hər hansı addım atılmadığını deyib, Meksikanın “Pumas” klubuna keçidinə münasibət bildirib: “Mən onun "Sevilya"ya getməsini istəyirdim. Amma "Flamenqo" braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi”.

Ətraflı video: