BAKI. 28 may. TELEQRAF

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha 2 görüşü keçirilib.

Teleqraf xəbər verir ki, günün ilk matçında Monteneqro yığması Polşanı minimal hesabla yenib - 1:0.

Bosniya və Herseqovina isə Tailand üzərində qələbə qazanıb - 2:1.

1/4 finalda Monteneqro Çexiya - İsrail cütünün qalibi ilə üz-üzə gələcək. Bosniya və Herseqovina isə Serbiya - Gürcüstan qarşılaşmasının qalibinə rəqib olacaq.