BAKI, 27 may. TELEQRAF

AFFA İntizam Komitəsi I Liqanın qalibi "Şahdağ Qusar"ı 230 manat cərimələyib.

Teleqraf xəbər verir ki, cərimənin 150 manatı XXVI turun “Dinamo” ilə səfər oyununda qusarlı azarkeşlərin pirotexniki vasitədən istifadə etmələri səbəbindən tətbiq olunub.

Əyalət klubu daha 80 manat cəriməni meydana əşyalar atıldığına görə ödəyəcək.

"Dinamo" isə meydana kənar şəxslərin daxil olmaları üzündən 80 manat ziyana düşüb.