BAKI, 27 may. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXXVI turun "Sabah" - "Neftçi" oyununda qırmızı vərəqə alan futbolçularla əlaqədar cəzalar tətbiq edib.

Teleqraf xəbər verir ki, meydan sahiblərindən Sofian Çakla 50-ci dəqiqədə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb.

“Sabah” klubu isə 1500 manat cərimələnib.

76-cı dəqiqədə qonaq komandadan Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Ona 1 oyunluq diskvalifikasiya, “Neftçi”yə 1000 manat cərimə tətbiq olunub.

Turun “Turan Tovuz” – “Kəpəz” oyununun fasiləsində meydana kənar şəxslər daxil olub. Bu səbəbdən, Tovuz təmsilçisi 800 manat ziyana düşüb.