BAKI, 26 may. TELEQRAF

İtaliya A Seriyasında 2024/2025-ci il mövsümünə yekun vurulub.

Teleqraf xəbər verir ki, 38-ci turda səfərdə “Venesiya”nı 3:2 hesabı ilə məğlub edən “Yuventus” 4-cü yeri tutaraq, Çempionlar Liqasında (ÇL) oynamaq hüququ qazanıb. “Qoca sinyora”nın ilk qolunu türkiyəli Kənan Yıldız vurub.

İtaliyanı ÇL-də çempion “Napoli”, ikinci yerin sahibi “İnter”, bürünc mükafatçı “Atalanta” da təmsil edəcək.

Beşinci yeri tutan “Roma” və İtaliya Kubokunun qalibi “Bolonya” Avropa Liqasında mübarizə aparacaq.

Mövsümü 6-cı başa vuran "Fiorentina" Konfrans Liqasına vəsiqə qazanıb.

A Seriyasını “Empoli”, “Venesiya” və “Monza” klubları tərk edib.