BAKI, 25 may. TELEQRAF

Müdafiəçilər Viktor Lindelof və Conni Evans, həmçinin yarımmüdafiəçi Kristian Eriksen “Mançester Yunayted”i tərk edib.

Teleqaf xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, hər 3 futbolçu Premyer Liqanın son turunda alqışlarla yola salınıb.

Qeyd edək ki, ölkə çempionatının “Aston Villa” ilə 38-ci turunun oyununda hər üç futbolçu iştirak edib. “Qırmızı şeytanlar”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə qollardan birini danimarkalı Eriksen vurub.