BAKI, 25 may. TELEQRAF

Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatında III turun növbəti matçı keçirilib.

Teleqraf xəbər verir ki, günün yeddinci oyununda D qrupunda Slovakiya və Bolqarıstan yığmaları üz-üzə gəlib.

Qarşılaşma Bolqarıstanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, Bolqarıstan xalını 6-ya çatdırıb və 9 xala malik Portuqaliya ilə birlikdə 1/8 finala çıxıb.

Qeyd edək ki, günün son matçında Rumınıya və Fransa yığmaları qarşılaşacaqlar.