BAKI, 25 may. TELEQRAF

Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatında III turun növbəti matçı keçirilib.

Teleqraf xəbər verir ki, günün altıncı oyununda A qrupunda Azərbaycan və Mavritaniya yığmaları üz-üzə gəlib.

Qarşılaşma baş məşqçi Elşad Quliyevin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə Verzeq Betah avtoqolla açıb. 50+2-ci dəqiqədə isə Ramiz Çovdarov penaltini dəqiq yerinə yetirib.

Bununla da Azərbaycan millisi xal hesabını 7-yə çatdıraraq qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Mavritaniya isə turniri 4 xalla qrup ikincisi kimi mərhələ adlayıb.

Fotolar Gənclər və İdman Nazirliyinin səhifəsindən götürülüb.