BAKI. 25 may. TELEQRAF

Fransa Kubokunda PSJ və "Reyms" komandaları arasında final oyunu keçirilib.

Teleqraf xəbər verir ki, "Stad de Frans"da təşkil olunmuş qarşılaşma Paris komandasının böyük hesablı qələbəsi ilə yekunalaşıb - 3:0.

Qolları Bredli Barkola 16 və 19-cu, Əşrəf Hakimi 43-cü dəqiqədə vurub.

Beləliklə, PSJ Fransada mövsümü "qızıl dubl"la başa vurub. Paytaxt komandası daha əvvəl çempionluq əldə edib. Luis Enrikenin baş məşqçi olduğu kollektivi mayın 31-də İtaliya "İnter"inə qarşı UEFA Çempionlar Liqasının final oyunu gözləyir.