BAKI, 24 may. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXVI turun bu gün daha 2 oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, paytaxt derbisində “Neftçi” ilə “Sabah” qarşılaşacaq. Qonaq komanda qalib gələrsə, mövsümü 5-ci yerdə tamamlayacaq. Hazırda “Sabah” 45 xalla 5-ci, “Neftçi” 43 xalla 6-cı yerdədir.

“Sabah” son 7 görüşdə uduzmayıb. Son 2 qarşılaşma heç-heçə nəticələnib.

Günün ilk oyununda çempion “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Ağdam komandası 86 xalla 1-ci, “Şamaxı” 36 xalla 7-ci yerdədir.

“Qarabağ” son 8 oyunda qələbə qazanıb. “Şamaxı” son 22 matçda qalib gəlməyib.

Qeyd edək ki, turun açılış oyununda dünən “Sumqayıt” səfərədə “Səbail”i 4:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

17:00 “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Şamaxı şəhər stadionu

19:30 “Sabah” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Bank Respublika Arena”