BAKI, 23 may. TELEQRAF
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının daha iki oyunu keçirilib.
Teleqraf xəbər verir ki, C qrupunda İngiltərə Macarıstanla qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İngilislər xallarının sayını 4-ə, macarlar isə 2-yə çatdırıb.
B qrupunda Çad Rumıniya ilə üz-üzə gəlib.
Oyun Çad seçməsinin 4:2 hesablı qələbəsi ilə bitib.
Hər iki komandanın 3 xalı var.
Azərbaycan yığması bu gün keçiriləcək oyunda Sloveniyanı sınağa çəkəcək.
Qeyd edək ki, günün digər görüşlərində Türkiyə Ukrayna ilə, Bolqarıstan Hindistanla, Portuqaliya isə Slovakiya ilə üz-üzə gələcək.