BAKI, 23 may. TELEQRAF

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında bu gün II turun ilk 8 qarşılaşması oynanılacaq.

Teleqraf xəbər verir ki, turun açılış matçı A qrupunda Mavritaniya və Bəhreyn arasında olacaq.

Mavritaniya ilk turda Sloveniya ilə, Bəhreyn isə Azərbaycan millisi ilə eyni hesablı heç-heçə edib - 1:1.

Qrupun digər matçında Azərbaycan yığması Sloveniya ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:45-də başlanacaq.

Bundan əvvəl isə azarkeşlər C qrupunun Türkiyə - Ukrayna görüşünü izləyəcəklər. İlk turda Türkiyə Macarıstanla heç-heçə edib - 1:1. Ukrayna isə İngiltərəyə 0:4 hesabı ilə uduzub.

Dünya çempionatı

II tur
23 may

A qrupu

12:45. Mavritaniya - Bəhreyn
20:45. Sloveniya - Azərbaycan

Xal durumu: Azərbaycan - 1, Sloveniya - 1, Bəhreyn - 1, Mavritaniya - 1

B qrupu

14:00. Fransa - Özbəkistan
16:30. Çad -Rumıniya

Xal durumu: Rumıniya - 3, Fransa - 3, Özbəkistan - 0, Çad - 0

C qrupu

15:15. İngiltərə - Macarıstan
19:30. Ukrayna - Türkiyə

Xal durumu: İngiltərə - 3, Macarıstan - 1, Türkiyə - 1, Ukrayna - 0

D qrupu

18:15. Bolqarıstan - Hindistan
22:00. Portuqaliya - Slovakiya

Xal durumu: Slovakiya - 3, Portuqaliya - 3, Bolqarıstan - 0, Hindistan - 0.