BAKI, 22 may. TELEQRAF

AFFA Region Liqasında III yerin sahibi məlum olub.

Teleqraf-ın məlumatına görə, “Göyəzən” və “Ağstafa Gəncləri” 3-cü yer uğrunda mübarizə aparıb.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma Ağstafa tımsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, saat 17:00-da start götürəcək final matçında "Xankəndi" və "Şirvan" komandaları üz-üzə gələcək. Oyun Qəbələ şəhər stadionunun əsas meydanında təşkil olunacaq.