BAKI, 30 sentyabr. TELEQRAF
La Liqa təmsilçisi “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə millisinin son illərdə ən gənc kapitanı olub.
Teleqraf xəbər verir ki, 23 yaşlı futbolçu Millətlər Liqasında Çexiya ilə oyunda kapitan sarğısını Harri Keyndən təhvil alıb. Bellinqem 71-ci dəqiqədə onu əvəzləyib.
Bellinqem Bobbi Mur və Maykl Ouendən sonra İngiltərə millisinin tarixində ən gənc üçüncü kapitan olub.
İngiltərə Çexiyanı Entoni Qordon və Harri Keynin qolları ilə 2:0 hesabı ilə məğlub edib. Tomas Tuxelin komandası növbəti oyununu oktyabrın 3-də Xorvatiyaya qarşı keçirəcək.
Bellinqem 2020-ci ildə debüt etdiyi İngiltərə millisində 58 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.