BAKI, 30 sentyabr. TELEQRAF

UEFA “Qalatasaray” – “Barselona” matçı üçün Fatih Terimə xüsusi vəzifə verib.

Teleqraf xəbər verir ki, Terim UEFA-nın texniki müşahidəçisi kimi İstanbulda keçiriləcək Çempionlar Liqası oyununu izləyəcək.

Türkiyəli mütəxəssis bildirib ki, UEFA ona tapşırılan matçları təhlil etməsini istəyir.

Terim ötən mövsüm Çempionlar Liqasında “Arsenal” – “Sportinq” qarşılaşmasını Londonda izləyərək UEFA-ya texniki müşahidəçi kimi hesabat təqdim edib.

O, oktyabrın 13-də keçiriləcək “Qalatasaray” – “Barselona” matçında da analiz aparacağını açıqlayıb.