BAKI, 30 sentyabr. TELEQRAF

Azərbaycanda elektron pul köçürmələri üzrə yeni hədd 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğində müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin qərarında bildirilir.

Qərara əsasən, bu hədd bank müştərisinin hər növbəti elektron pul köçürməsi əməliyyatına münasibətdə tətbiq olunacaq.

Bundan başqa, öhdəlik daşıyan şəxslər qərar qüvvəyə minənədək müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsini təmin etməlidirlər.

Bu məlumatlar 2027-ci il dekabrın 31-dək təqdim edilməlidir.

Qərar 2026-cı il oktyabrın 1-dən qüvvəyə minir.