BAKI, 30 sentyabr. TELEQRAF
“Orta Dəhlizin artan əhəmiyyəti daha geniş regional iqtisadi inkişafa keçid üçün yeni imkanlar yaradır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze CAREC-in (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 25-ci Nazirlər Konfransında çıxışı zamanı deyib.
“Bu dinamikaya əsaslanaraq, hökumət 2032-ci ilədək Anakliyanın limanı, dəmir yolunun yenilənməsi, avtomobil yolları şəbəkəsinin modernləşdirilməsi, Tbilisinin yeni beynəlxalq hava limanının inkişafı kimi iri nəqliyyat layihələri üçün 7 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır. Bu investisiyaların əhəmiyyəti Orta Dəhlizin ümumi ötürücülük qabiliyyətini və imkanlarını artırır”, - o bildirib.