BAKI, 30 sentyabr. TELEQRAF

Bişkekdə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova ilə Qırğızıstan Baş nazir Adılbek Kasımalıyev arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, görüşdə hər iki ölkənin vətəndaşlarının hüquqlarının qorunması üzrə müzakirə aparılıb.

Yana Lantratova insan hüquqlarının müdafiəsi və vətəndaşlara hüquqi dəstək üçün Rusiya-Qırğızıstan mərkəzinin yaradılmasını təklif edib.

Görüşdə Rusiya və Qırğızıstandan olan gəncləri birləşdirəcək dövlətlərarası gənclər şurasının yaradılması barədə də razılaşma əldə olunub.