BAKI, 29 sentyabr. TELEQRAF

Fransa klublarından "Lill"in hücumçusu Olivye Jiru gələcəyi ilə bağlı qərarını verib.

Teleqraf xəbər verir ki, sabah 40 yaşlı tamam olacaq forvard karyerasını başa vurmağa hazırlaşır. Bu barədə təcrübəli oyunçu özü məlumat verib.

Fransalı forvard mövsüm başa çatdıqdan sonra peşəkar karyerasını yekunlaşdıracaq.

Qeyd edək ki, Olivye Jiru "Qrenobl"un yetirməsidir. Ulduz futbolçu "Monpelye", "Arsenal", "Çelsi", "Milan", "Los-Anceles" və "Lill" klublarında çıxış edib. O, Fransa milli komandasının heyətində meydana çıxdığı 137 rəsmi matçda 57 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.