BAKI, 30 sentyabr. TELEQRAF
“Turan Tovuz” klubu “Fənərbağça” ilə Bakıda keçiriləcək oyun üçün azarkeşlərə səfər təşkil edəcək.
Teleqraf xəbər verir ki, oktyabrın 3-də saat 09:30-da Tovuz stansiyasından “Qərb Ekspress” qatarı, Tovuz şəhər stadionunun qarşısından isə avtobuslar Bakıya yola düşəcək.
Azarkeşlərdən yola düşmə vaxtından 1 saat əvvəl təyin olunan məntəqələrdə olmaları xahiş edilib. Səfərlə bağlı bütün xərclərin klub tərəfindən qarşılanacağı bildirilib.
Səfərdə iştirak etmək istəyən 18 yaşdan yuxarı şəxslər şəxsiyyət vəsiqələri ilə Tovuz şəhər stadionuna müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Klub səfərə yollanacaq azarkeşlərə oyun bileti və komandanın formasının hədiyyə olunacağını da açıqlayıb.