BAKI, 29 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış iki qarşılaşmanın keçiriləcəyi vaxt məlum olub.
Teleqraf xəbər verir ki, “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları dekabrın 17-də baş tutacaq.
Hər iki görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
“Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”, 15:00
“Qarabağ” – “Kəpəz”
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30