BAKI, 30 sentyabr. TELEQRAF
Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, B qrupunda yer alan yığma səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
FIFA referisi Matiyas Stöfrinqşauqanın idarə edəcəyi qarşılaşma Kilmarnok şəhərində, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, milli daha əvvəl Çexiya ilə 1:1 hesablı heç-heçə edib. Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda növbəti oyununu oktyabrın 6-da evdə Cəbəllütariq seçməsinə qarşı keçirəcək.