BAKI, 30 sentyabr. TELEQRAF
Türkiyə klublarından “Beşiktaş”ın yarımmüdafiəçisi Orkun Kökçü zədə səbəbindən Türkiyə millisinin heyətindən çıxarılıb.
Teleqraf Türkiyə Futbol Federasiyasına istinadla xəbər verir ki, milli komandanın Belçika və İtaliya ilə keçirəcəyi oyunlar üçün heyətdə dəyişiklik edilib.
Bursada İtaliya ilə keçirilən oyundan sonra barmağındakı ağrıları artan Orkun Kökçünün heyətdən çıxarılmasına və müalicəsini klubunda davam etdirməsinə qərar verilib.
Türkiyə millisi oktyabrın 2-də Belçika, oktyabrın 5-də isə İtaliya ilə səfər oyununa çıxacaq.
***
09:20
UEFA Millətlər Liqasının A Liqasının üçüncü turunda Belçika ilə qarşılaşacaq Türkiyə millisində iki futbolçu məşqdən kənarda qalıb.
Teleqraf xəbər verir ki, oktyabrın 2-də səfərdə Belçika ilə üz-üzə gələcək Türkiyə yığması hazırlıqlara Rivada start verib.
İtaliya ilə keçirilən oyunda forma geyinən futbolçular məşqin əsas hissəsində iştirak etməyərək bərpa məşqi keçiblər.
Orkun Kökçü barmağındakı ağrıların artması, Emirhan Topçu isə zədə səbəbindən məşqdə iştirak etməyib.
Türkiyə millisi Belçika ilə oyunun hazırlıqlarını sabah saat 17:00-da keçiriləcək qapalı məşqlə davam etdirəcək.