BAKI, 30 sentyabr. TELEQRAF

Sıymık Japıkeyev Qırğızıstanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediaya bildirib.

“İnşallah prezidentliyə namizəd olacam”, - siyasətçi deyib.

Japıkeyev bütün namizədləri seçkilərdə qanun çərçivəsində iştirak etməyə çağıraraq, səsvermənin açıq və ədalətli keçiriləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Sıymık Japıkeyev Qırğızıstan Maliyyə Polisinin keçmiş rəhbəridir. 2020-ci ildə “Çon Kazat” partiyasının liderlərindən biri olub və ölkədə korrupsiya ilə bağlı açıq çıxışları sayəsində tanınıb. 2020-ci ilin oktyabrında hakimiyyət dəyişikliyindən sonra Maliyyə Polisinə rəhbərlik edib, 2021-ci ilin martında qurum ləğv edildikdən sonra isə İssık-Kul vilayətinin prokuroru təyin olunub. Bir ay sonra istefa verib.

Xatırladaq ki, hazırkı dövlət başçısı Sadır Japarovla yanaşı, keçmiş daxili işlər naziri Omurbek Suvanaliyev də Qırğızıstan prezidenti vəzifəsinə iddialıdır.

Qırğızıstanda növbəti prezident seçkiləri gələn il yanvarın 27-də keçiriləcək.