BAKI, 29 sentyabr. TELEQRAF

Teleqraf yeni layihəyə start verir. “Liderlər” adlanan bu layihə çərçivəsində Azərbaycan futbolunda xüsusi rol oynamış, karyerasını başa vurmuş, eləcə də hazırda çıxışını davam etdirən, azarkeşlərin və futbol ictimaiyyətinin yaxından tanıdığı simalarla görüşərək, səmimi söhbətlərimizi təqdim edəcəyik.

Layihəmizin ilk qonağı Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevdir.

“Şəfa”, “Turan Tovuz”, “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ”, “Kayserispor” (Türkiyə), “Karşıyaka” (Türkiyə), “İnter Bakı”, “Boavişta” (Portuqaliya), “Mlada Boleslav” (Çexiya), “Keşlə” və “Səbail” klublarında, eləcə də Azərbaycanın əsas və aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş sabiq qolkiper 2022-ci ildə futbolçu karyerasını başa vurub. Kamran Ağayev 2025-ci ilin noyabrınadək milli komandanın qapıçılar üzrə məşqçisi kimi fəaliyyət göstərib.

Müsahibənin tam versiyası yaxın günlərdə saytımızda yayımlanacaq.

“Teleqraf” həmin müsahibədə milli komanda ilə bağlı sualımıza verilən cavabı təqdim edir: