BAKI, 30 sentyabr. TELEQRAF

“İraqda qanundan kənarda heç bir silah, dövlət qurumlarından kənarda isə heç bir qüvvə olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu İraq Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli əl-Zeydi İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyanın ölkədəki missiyasının başa çatması ilə bağlı çıxışında deyib.

O bildirib ki, İraq öz təhlükəsizliyi və sabitliyinə görə tam məsuliyyəti öz üzərinə götürəcəyi mərhələyə daxil olub.

“Qanundan kənarda heç bir silah, dövlət qurumlarından kənarda isə heç bir qüvvə olmayacaq - Konstitusiyanın müəyyən etdiyi, dini rəhbərliyin tələb etdiyi və xalqımızın istədiyi kimi”.

Əl-Zeydi beynəlxalq koalisiyanın missiyasının başa çatmasını İraqın terrorizmlə mübarizəsinin sona çatması kimi qiymətləndirməyib: “Koalisiyaya üzv ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlıq davam edəcək, amma bu əməkdaşlıq daha məqsədyönlü və səmərəli olacaq”.

Baş nazir əlavə edib ki, İraqda yeni mərhələ ölkənin suverenliyi üzərində qurulacaq.

Xatırladaq ki, İraq hökuməti İranın proksi qüvvələri də daxil olmaqla, ölkədəki bütün silahlı qrupları 2027-ci ilin iyun ayınadək tərksilah etməyi planlaşdırır.