BAKI, 30 sentyabr. TELEQRAF
Ukrayna və Özbəkistan tranzit yükdaşımalarının liberallaşdırılması haqqında protokol imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın bərpa, infrastruktur və nəqliyyat naziri Nikolay Kalaşnik məlumat verib.
“Daha bir ölkə ilə - Özbəkistanla “vizasız nəqliyyat rejimi” tətbiq edirik. Ukraynanın yükdaşıma şirkətləri bununla icazəsiz işləyə biləcəklər”, - nazir deyib.
İmzalanmış protokol daşıyıcılar üçün kvotaların və əlavə inzibati prosedurların ləğvini nəzərdə tutur və Ukrayna ilə Özbəkistan arasında yükdaşımalarını sadələşdirir.
2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 315 milyon dollar təşkil edib, bu da bir il əvvəlki göstəricidən 14 faiz çoxdur. Avtomobil nəqliyyatı ilə yükdaşımalarının sadələşdirilməsi şirkətlərə ticarəti inkişaf etdirməyə kömək edəcək.