BAKI, 30 sentyabr. TELEQRAF
Hörmüz boğazında üzən neft tankeri naməlum mərmi ilə hədəfə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı məlumat yayıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.