BAKI, 30 sentyabr. TELEQRAF
Türkiyədə Mərkəzi Hakim Komitəsinin (MHK) sədri Ferhat Gündoğdunun saxlanılmasından sonra quruma kimin rəhbərlik edəcəyi ilə bağlı yeni məlumat yayılıb.
Teleqraf xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı “Hakim işi” istintaqı çərçivəsində Ferhat Gündoğdu da daxil olmaqla 7 şübhəli saxlanılıb.
Hadisədən sonra Gündoğdunun və rəhbərlik etdiyi komandanın vəzifələrində qalması ehtimalı azalıb.
İddialara görə, MHK-ya müvəqqəti rəhbərin təyin olunması gözlənilir.
Bu vəzifəyə MHK-nın Elit Hakim Direktoru Entoni Teylorun gətirilməsi planlaşdırılır. Teylorun fəaliyyətinə kömək etmək üçün 3 nəfərdən ibarət komitənin yaradılacağı bildirilir.