BAKI, 30 sentyabr. TELEQRAF
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyada siyasi məhbus olmadığını iddia edib.
Teleqraf xəbər verir ki, jurnalistlərin Moskvanın siyasi məhbusları azad etməsi müqabilində sanksiyaların yumşaldılmasının ABŞ ilə müzakirə olunub-olunmadığı ilə bağlı suallarını cavablandıran Peskov məsələnin bu kontekstdə müzakirə edilə bilməyəcəyini deyib.
“Çünki biz hansısa siyasi məhbusun mövcudluğunu qəti şəkildə inkar edirik və məsələnin bu şəkildə qaldırılmasının tamamilə yersiz olduğuna inanırıq”, - Kremlin sözçüsü əlavə edib.