BAKI, 30 sentyabr. TELEQRAF
Türkiyəli aktrisa Afra Saraçoğlunun narkotiklə bağlı testi pozitiv çıxıb.
Teleqraf xəbər verir ki, Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik istintaqında ötən günlərdə yeni əməliyyat keçirilib.
Baş Prokurorluğun açıqlamasına görə, istintaq çərçivəsində aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni kimi tanınan bəzi şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etdikləri, narkotik maddələrdən istifadəni asanlaşdırdıqları və ya istifadə üçün yer təmin etdikləri barədə şübhələri təsdiqləyən sübutlar əldə edilib.
Şübhəlilərdən narkotik maddə istifadəsinin müəyyənləşdirilməsi məqsədilə bioloji nümunələrin götürülərək ekspertizadan keçirilməsi də tələb olunub.