BAKI, 30 sentyabr. TELEQRAF
Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək ərazidə yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Teleqraf xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.