BAKI, 30 sentyabr. TELEQRAF

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanda Özbəkistanın da iştirakı ilə keçirilən birgə təlimlər barədə sosial mediada paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda üç ölkənin hərbçilərinin təlimlər çərçivədə yaşayış məntəqələrində döyüş hazırlığı üzrə məşqləri icra etdikləri bildirilib.

“Birgə təlim, birgə güc!

Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın iştirakı ilə davam edən “Birliyin Gücü-2026” təlimi çərçivəsində yaşayış məntəqələrində döyüş hazırlığı üzrə təlimlər keçirilib.

Bölmələr mürəkkəb şəraitdə koordinasiya, sürət və birgə fəaliyyət imkanlarını inkişaf etdiriblər”, - nazirlik vurğulayıb.