BAKI, 30 sentyabr. TELEQRAF
“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal komandanın futbolçuları Mert Müldür və Marko Asensio ilə bağlı son vəziyyəti açıqlayıb.
Teleqraf xəbər verir ki, təcrübəli mütəxəssis Mert Müldürün zədədən sağalmasının 4-5 həftə çəkəcəyini bildirib.
Kartal Asensionun isə hazırda yaxşı formada olduğunu və əhval-ruhiyyəsinin yüksək olduğunu deyib:
“Asensio yaxşı formadadır. Əhval-ruhiyyəsi olduqca yüksəkdir. Yoldaşlıq oyununda onu ilk “11-lik”də meydana çıxaracağıq. Düşünürəm ki, "Çaykur Rizespor" matçına qədər özünü mümkün qədər yaxşı hazırlaya və komandada yerini tuta bilər”.
Qeyd edək ki, “Fənərbağça” oktyabrın 3-də "Turan Tovuz"la Bakıda yoldaşlıq oyunu keçirəcək.