
BAKI, 20 may. TELEQRAF
“Liverpul”un hücumçusu Məhəmməd Salah son 10 oyunda cəmi 1 qol vurub.
Teleqraf xəbər verir ki, təcrübəli forvard Premyer Liqanın “Brayton”la son görüşündə də fəqlənə bilməyib. Misirli futbolçu sonuncu dəfə matın 11-də “Tottenhem”ə qarşı oyunda rəqib qapısına yol tapıb.
Çempionluğu vaxtından əvvəl təmin edən “Liverpul” öz meydanında “Brayton”a uduzub (2:3).
Salah son oyunlarda fərqlənə bilməsə də, 28 qolla Premyer Liqada bombardirdir. Onu 23 qolla “Nyukasl”lı
Aleksandr İsak izləyir.