BAKI, 19 may. TELEQRAF

Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off oyunları çərçivəsində “Boluspor” klubu öz meydanında “Bandırmaspor”a böyük hesabla (1:4) uduzub.

Teleqraf xəbər verir ki, “Boluspor”un azərbaycanlı futbolçusu Vüsal İsgəndərli də qarşılaşmada iştirak edib. O, matçın 71-ci dəqiqəsində meydana çıxıb.

Komandalar arasında təkrar oyun mayın 23-də Bandırmada olacaq. Cütün qalibi elitaya vəsiqə uğrunda final matçında “Fatih Karagümrük”lə qarşılaşacaq.