
BAKI, 18 may. TELEQRAF
Futbol üzrə Fransa çempionatında mövsümə yekun vurulub.
Teleqraf xəbər verir ki, ilk 4 yerdə qərarlaşan PSJ, “Marsel”, “Monako” və “Nitsa” Çempionlar Liqasında (ÇL) mübarizə aparacaq.
Çempionatı 5-ci sırada tamamlayan “Lill” Avropa Liqasına (AL) vəsiqə qazanıb. Turnir cədvəlində 6-cı olan “Lion” Konfrans Liqasına (KL) yollana bilər.
PSJ Fransa Kubokunu qazanarsa, “Lion” AL-də, 7-ci yerin sahibi “Strasburq” KL-də yarışacaq.
“Monpelye” və “Sent-Etyenn” klubları Fransanın elit divizionunu tərk edib. 16-cı yerdə qərarlaşan “Reyms” aşağı liqa klubu ilə pley-off görüşünə çıxacaq.