BAKI, 18 may. TELEQRAF

Futbol üzrə Portuqaliya çempionatında 2024/2025 mövsümünə yekun vurulub.

Teleqraf xəbər verir ki, çempion son turda müəyyənləşib.

Lissabonun “Sportinq” klubu 34-cü turda öz meydanında “Vitoriya”nı 2:0 hesabı ilə məğlub edərək, ölkə çempionu adını qazanıb.

Çempionluğu hədəfləyən paytaxtın digər təmsilçisi “Benfika” səfərdə “Braqa" ilə heç-heçə (1:1) edərək, ikinci yeri tutub.

“Sportinq”in 82, “Benfika”nın 80 xalı var. “Portu” 71 xalla mövsümü üçüncü yerdə başa vurub.

“Sportinq” ardıcıl ikinci, tarixdə isə 21-ci dəfə Portuqaliya çempionu olub.

"Sportinq"in isveçli forvardı Viktor Qyokereş 39 qolla çempionatın bombardiri adını qazanıb.