BAKI, 17 may. TELEQRAF

Almaniya Bundesliqasında mövsümə yekun vurulub.

Teleqraf xəbər verir ki, 34-cü turda Dortmund “Borussiya”sı öz meydanında “Holştayn” klubunu 3:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasına (ÇL) vəsiqəni təmin edib. “Borussiya” son turda “Frayburq”u qabaqlayaraq 4-cü olub (57 xal).

Almaniyanı ÇL-də çempion “Bavariya” (82), ikinci yerin sahibi “Bayer” (69) və bürünc medallara sahib çıxan “Ayntraxt” (60) klubları da təmsil edəcək.

“Bohum” və “Holştayn” klubları Bundesliqanı tərk edib. Mövsümü 16-cı sırada tamamlayan “Hoffenhaym” elitada qalmaq üçün II Bundesliqanın 3-cüsü ilə pley-off oynayacaq.