BAKI, 17 may. TELEQRAF

Braziliyalı futbolçu Neymar “Santos”la yayda başa çatacaq müqaviləsini uzadacaq.

Teleqraf “TNT Sports Brasil” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu daha bir il bu klubda forma geyinəcək.

2025-ci ilin yanvarında yetirməsi olduğu “Santos”a geri qayıdan Neymar bu müddətdə 9 oyuna 3 qol vurub.

Karyerası ərzində Neymar həmçinin İspaniyanın “Barselona” (burada UEFA Çempionlar Liqasını qazanıb), Fransanın PSJ və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klublarında çıxış edib.