BAKI, 16 may. TELEQRAF

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Radomyak"ın heyətində Polşa Ekstraklasasında XXXIII tur matçına çıxıb.

Teleqraf xəbər verir ki, rəqib "Stal Melets" komandası olub.

Melets şəhər stadionunda təşkil olunan görüş heç-heçə ilə yekunlaşıb - 2:2.

Dadaşov oyuna 72-ci dəqiqədə daxil olub.

Bu nəticə ilə "Radomyak" xalını 41-ə çatdıraraq, 12-ci pillədə qərarlaşıb.