BAKI, 16 may. TELEQRAF
İspaniya La Liqasının 36-cı turunda səfərdə “Xetafe”ni 2:0 hesabı ilə məğlub edən “Atletik Bilbao” növbəti mövsümdə UEFA Çempionlar Liqasına (ÇL) vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, basklar sona 2 tur qalmış 67 xalla 4-cü pillədə mövqe tutur. Bilbao komandası 11 ildən sonra ÇL-də oynamaq hüququ əldə edib.
Xatırladaq ki, bu mövsüm “Atletik” Avropa Liqasında yarımfinala qədər irəliləyə bilib. Komanda İngiltərənin “Mançester Yunayted” komandasına hər iki matçda böyük hesabla (0:3 və 1:4) uduzaraq, finala vəsiqəni əldən verib.