BAKI, 16 may. TELEQRAF

“Barselona” klubu La Liqada sona 2 tur qalmış İspaniya çempionluğunu rəsmiləşdirib.

Teleqraf xəbər verir ki, Kataloniya təmsilçisi XXXVI turda səfərdə “Espanyol”u 2:0 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 53-cü dəqiqədə Lamin Yamal gözəl qolla açıb. Oyunun 90+5-ci dəqiqəsində Martin Lopes meydan sahiblərini məyus edib.

80-ci dəqiqədə "Espanyol"un futbolçusu Leandro Kabrera Yamalı vurduğu üçün birbaşa qırmızı vərəqə alıb.

“Barselona” 85 xalla ən yaxın rəqibi “Real Madrid”dən 7 xal öndədir. Güclü rəqibinə uduzan “Espanyol” 39 xalla 16-cı sırada mövqe tutub.

Qeyd edək ki, bu, "Barselona"nın 28-ci İspaniya çempionluğudur. Kataloniya komandası daha əvvəl 32-ci dəfə ölkə kubokuna sahib çıxıb.