BAKI, 16 may. TELEQRAF
İsveç çempionatının IX turunun “Höteborq” – “Öster” matçı azarkeşin futbolçunu vurmaq cəhdi səbəbindən yarımçıq qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Expressen” qəzeti məlumat yayıb.
Görüş Höteborqda baş tutub. İkinci hissədə meydançaya qaçan azarkeş “Öster”in futbolçusu Sebastyan Hedlundun başına zərbə endirmək istəyib. Futbolçu zərbədən yayınıb, bundan sonra azarkeş yıxılıb və mühafizəçilər münaqişəyə müdaxilə ediblər. Azarkeş meydandan qaçıb.
Qarşılaşma 1:0 hesabı ilə “Öster”in xeyrinə olarkən dayandırılıb. Sonradan oyun qaldığı yerdən davam etdirilib və hesabda dəyişiklik olmayıb.